
Hüquqları "Atletiko Madrid"ə məxsus olan sloveniyalı qapıçı Yan Oblak karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Canluka Di Martsio yayıb.
Məlumata görə, "Yuventus" klubu təcrübəli qapıçı ilə müqavilə imzalamaqda maraqlıdır. Argentinalı Emiliano Martinezin "Aston Villa"dan transferi baş tutmasa, "Qoca Sinyora" Oblakı heyətinə qatmağa cəhd edəcək.
33 yaşlı sloveniyalı 2014-cü ilin yayından bəri Madrid klubunda oynayır. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayında bitir. Oblakın bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.