
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçin karyerasını nə vaxt başa vuracağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Daniele Lonqo sosial media hesabında məlumat yayıb.
Modriç DÇ-2026 başa çatdıqdan sonra təqaüdə çıxacağını açıqlayacaq.
Ulduz futbolçu "Milan"la bitməkdə olan müqaviləsinin müddətini uzatmağı planlaşdırmır.
Yarımmüdafiəçi "Milan"ın heyətində 37 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Modriç sentyabr ayında 41 yaşına çatacaq. O, 2018-ci ilin "Qızıl top" mükafatının qalibidir.