
Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün D qrupunda bir oyun baş tutub.
ABŞ Cənubi Amerika təmsilçisi Paraqvayla gücünü sınayıb. Ev sahiblərindən olan komanda rəqibi üzərində böyük hesablı qələbə qazanıb.
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
1-ci tur, 13 iyun
D qrupu
ABŞ – Paraqvay 4:1
Qollar: Damian Bobadilla, 7-öz qapısına. Folarin Balogun, 31; 45+5. Giovanni Reyna, 90+8 - Maurisio, 73.