
İyunun 11-də start götürən futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün B qrupunda ilk turun daha bir görüşü keçiriləcək.
Ötən dünya çempionatının təşkilatçısı olan Qətər İsveçrə ilə üz-üzə gələcək. ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərindəki "Levis" stadionunda baç tutacaq matç saat 23:00-da başlayacaq və honduraslı FİFA referisi Said Martines tərəfindən idarə olunacaq.
B qrupunun ilk oyununda Kanada Bosniya və Herseqovina ilə bərabərə qalıb (1:1).
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
1-ci tur, 13 iyun
B qrupu
23:00. Qətər - İsveçrə