
ABŞ ev sahiblərindən olduğu dünya çempionatındakı ilk oyununda Paraqvayı 4:1 hesabı ilə məğlub etməklə, özünəməxsus rekordu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, bunu "Stata Football" yayıb.
Amerikalılar 96 ildir - 1930-cu ildən bəri ilk dəfə olaraq mundialda üç top fərqi ilə qələbə qazanıblar. Komanda o vaxt Belçikanı (3:0) və Paraqvayı (3:0) məğlub edib.
Bundan əlavə, ABŞ tarixdə ilk dəfə olaraq DÇ-də keçirdiyi bir oyunda 4 qol vurub.