
İsveç milli komandası DÇ-2026-nın qrup mərhələsinə Tunis üzərində 5:1 hesablı qalibiyyətlə başlayıb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, Qrem Potterin komandası bununla mundialda 88 ildən sonra rekord müəyyənləşdirib.
İsveçlilər cəmi bir dəfə - 2 iyun 1938-ci ildə DÇ matçında ən azı beş (7) qol vurmuşdular. Kuba üzərində həmin qalibiyyətdən sonra skandinaviyalılar belə bir performansı təkrarlaya bilməmişdi.
Beləliklə, Tunis üzərində qələbə İsveç üçün tarixi olub və komanda son 88 ildə ən məhsuldar oyununu sərgiləyib.
Mirağa