
Kurasao milli komandasının baş məşqçisi Dik Advokat dünya çempionatının ilk turunda Almaniyaya 1:7 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, Advokat FIFA-nın "YouTube" kanalına açıqlamasında belə danışıb:
"Nəticə komandanın səhvlərini əks etdirir. Lakin hesab daha az ola bilərdi. Almaniyaya çox asanlıqla iki və ya üç qol vurmaq imkanı verdik. Düşünürəm ki, 1:4 hesabı daha ədalətli olardı.
Növbəti oyun tamamilə fərqli olacaq. Biz addım-addım irəliləyirik. Əsas məqam Kurasao xalqının yenidən futbol vasitəsilə sevinc hiss etməsidir".
Qeyd edək ki, Almaniya millisində Kai Havertz dubl edib, Lukas Nmeça, Niko Şlotterbek, Camal Musiala, Nataniel Braun və Denis Undav da adlarını tabloya yazdırıblar. Kurasaonun yeganə qolunu Luvano Komensiya vurub.
Mirağa