
Asiya Futbol Konfederasiyasından olan komandalar DÇ-2026-ya uğurla başlayıblar.
Fanat.Az xəbər verir ki, bu qitədən olan komandalar ilk turun 6 oyununda məğlub olmayıblar.
Qrup mərhələsinin ilk turunda konfederasiyanın 9 təmsilçisindən 6-sı oynayıb - 2 qələbə və 4 heç-heçə.
Cənubi Koreya Çexiyanı (2:1), Avstraliya (AFK üzvüdür) isə Türkiyəni (2:0) məğlub edib. Qətər (İsveçrəyə qarşı 1:1), Yaponiya (Niderland ilə 2:2), Səudiyyə Ərəbistanı (Uruqvayla 1:1) və İran (Yeni Zelandiya ilə 2:2) oyunlarını heç-heçə ilə başa vurublar .
Qeyd edək ki, İraq komandası ilk turda Norveç, İordaniya Avstriya, Özbəkistan isə Kolumbiya ilə qarşılaşacaq.