
İraq millisinin baş məşqçisi Qraham Arnold komandasının DÇ-2026-da Norveçlə ilk oyunu ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "France24" avstraliyalı mütəxəssisin açıqlamasını belə təqdim edib:
"Özümüzə inanmalıyıq. Meydana çıxıb cəsarətlə oynamalıyıq. Dünya çempionatına yeni çıxmağımız mənim üçün kifayət deyil. Daha çoxunu istəyirəm. Ən yaxşı oyunumuzu göstərməliyik. Dünyanı şoka salmağa çalışacağıq.
Seçmə mərhələlər zamanı oyunçular çox səyahət etməli oldular. Onlar futbola aludə olan 46 milyon azarkeşin təzyiqi altında idilər. İraq insanı indiyə qədər ziyarət etdiyim digər ölkə sakinlərindən daha çox futbola aludədirlər.
Erlinq Holand ulduz oyunçudur. Onun oyun tərzini bəyənirəm. O, inanılmaz hücumçudur. Amma özümüzə inanmalı və heç kimdən qorxmamalıyıq. Oyunçular həvəsli olmalı və mübarizəyə hazır olmalıdırlar. İraqlıların bir xüsusiyyəti var ki, onlar əla döyüş ruhuna malikdirlər".
İraq ilə Norveç seçmələri 17 iyunda qarşılaşacaqlar. Oyun vaxtı ilə saat 02:00-da başlayacaq. Bu, İraqın 40 ildən sonra DÇ-nin final mərhələsindəki ilk oyunu olacaq.
Mirağa