
FİFA prezidenti Canni İnfantino dünya çempionatında ilk oyununu Yeni Zellandiyaya qarşı keçirən İran millisinin paltardəyişmə otağına gedib.
Fanat.Az xəbər verir ki, dünya futbol qurumu çətin siyasi vəziyyətdə təzyiq hiss edən iranlı oyunçuları dəstəkləyib.
O, hətta zarafatla özünü İran millisinə hücumçu kimi təqdim edib. "RMC Sport" İnfantinonun sözlərini belə çatdırıb: "Əgər məşqçiniz razılaşarsa, növbəti matçda hücumçu kimi oynaya bilərəm (gülür)".
Xatırladaq ki, İran amerikalılarla siyasi münaqişə və düşmənçiliyə baxmayaraq, ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatına qatılıblar. İlk oyunlarında İran Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə edib.
Mirağa