
"Araz-Naxçıvan" futbolçusu Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
2024/2025 mövsümündən "Araz-Naxçıvan"ın heyətində yer alan futbolçu ilə yeni anlaşmanın müddəti 1 illikdir.
Qeyd edək ki, Naxçıvan təmsilçisi buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.