"İmişli"də yeni təyinatlar - Təsdiqləndi

"İmişli"də yeni təyinatlar - Təsdiqləndi


"İmişli" növbəti mövsüm üçün iki yeni komanda yaradıb. Bölgə klubu Əvəzedicilər Liqasında və Gənclər Liqasında (U-19) iştirak etməyi planlaşdırır. Artıq 19 yaşadək futbolçulardan ibarət komandaya baş məşqçi təyinatı reallaşıb.


Premyer Liqa klubunun icraçı direktoru Aqşin Mürsəlov Fanat.Az-a açıqlamasında bu barədə ötən gün yaydığımız xəbəri təsdiqləyib:


"Bəli, hər iki komanda ilə AFFA-nın təşkil etdiyi yarışlara qatılmağı planlaşdırırıq. Əvəzedici komandanın baş məşqçisi ilə bağlı hələ qərar verilməyib. Namizədlər götür-qoy edilir. Rəsmi qərar olmasa da, çox güman U-19-u Vüqar Əsgərli çalışdıracaq. Bundan başqa, akademiyaya seleksiya işlərini "Sabah"da çalışmış Rövşən Babayev həyata keçirəcək". 


Qeyd edək ki, AFFA "İmişli"yə Premyer Liqadakı debüt mövsümündə - 2025/26-da güzəşt edərək yuxarı yaşlıların və əvəzedici komandanın yaradılması üçün 1 il vaxt vermişdi. 


Mirağa 


Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər