
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre komandasının A qrupunun 2-ci turunda Cənubi Koreya üzərində qazandığı 1:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı çalışdırıcının fikirlərini belə çatdırıb:
"Çətin idi. Biz onları çox yaxşı tanıyırıq. Qətər bizə çox təzyiq göstərirdi. Meydanda boşluq vermədilər, biz də onlara həmçinin. Görünürdü ki, matçın nəticəsi tək bir səhvlə - bu və ya digər şəkildə - həll olunacaq. Bu, bizim ən yaxşı oyunumuz deyildi və rəqiblərimiz nə edə biləcəyimizi çox göstərməyimizə imkan vermədilər".
Qeyd edək ki, iki oyundan sonra meksikalılar A qrupunda birinci yeri təmin etdilər.