
Ağdamın "Qarabağ" klubunun keçmiş qolkiperi Andrey Lunyov hazırkı komandası ilə yeni sözləşməyə imza atıb.
Fanat.Az Moskva "Dinamo"sunun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.
Yeni müqavilədə sözləşmənin daha iki mövsüm (2027/28 və 2028/29) müddətinə uzadıla bilməsi barədə xüsusi bənd də yer alıb.
Xatırladaq ki, Lunyov 2024-cü ilin iyununda "Qarabağ"dan Moskva təmsilçisinə transfer olunub və paytaxt klubunun heyətində çıxış etdiyi 48 matçın 10-da qapısını toxunulmaz saxlayıb.