
"Bayer Leverkuzen"in və İspaniya millisinin müdafiəçisi Alexandro Qrimaldo karyerasını vətənində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "Atletiko Madrid" onu transfer etməyə yaxındır. İspaniya klubu artıq 30 yaşlı oyunçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Hazırda transfer üçün kompensasiya məbləği ilə bağlı "Bayer Leverkuzen" klubuyla danışıqlar aparılır.
"Atletiko"nun oyunçunun transferi üçün 10 milyon avrodan çox pul ödəyəcəyi gözlənilir.
Qrimaldo "Barselona"nın yetirməsidir. O, 2023-cü ildən "Bayer Leverkuzen"də oynayır və müdafiəçinin hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Sol cinah müdafiəçisi ötən mövsüm bütün yarışlarda 46 oyun keçirib, 12 qol vurub və 14 məhsuldar ötürmə ilə Almaniya klubunun əsas oyunçularından birinə çevrilib.
Mirağa