
Futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro Türkiyə ilə dünya çempionatının oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı 63 yaşlı mütəxəssisin fikirlərini belə çatdırıb:
"Mundiala məğlubiyyətlə başladığımız üçün bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni etməliydik. Oyunçular məşqçilik karyeramın ən yaxşı günlərindən birini mənə yaşatdılar. Kimsə sizə "Paraqvay öldü" desə, belə deyil. Buna dərhal inanmayın. Ən pis məğlubiyyət özünüzə olan inamı itirməkdir".
Qeyd edək ki, D qrupunda yer alan Türkiyə seçməsi keçirdiyi hər iki görüşdə uduzaraq pley-offa adlamaq şansını itirib.
ABŞ, Meksika və Kanadada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.