
"Ayaks" klubu baş məşqçisi Oskar Qarsiya ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Amsterdamlılar 53 yaşlı ispan məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriblər. Halbuki, müqavilənin müddəti gələn ilin ortalarına qədər nəzərdə tutulmuşdu.
İspaniyalı mütəxəssis ötən ilin mart ayından bəri "Ayaks"ın sükanı arxasında idi. Niderland nəhəngi rəhbərliyi altında 10 oyun keçirib ki, bu görüşlərin beşində qələbə qazanıb, ikisində məğlub olub və üçündə heç-heçə edib.
"Ayaks" ötən mövsüm Erediviziyada beşinci yeri tutub.