
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa komandasının dünya çempionatında Kabo Verde ilə 2:2 hesablı heç-heçə etdikləri görüşü şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini FİFA-nın mətbuat xidməti belə çatdırıb:
"Əslində ilk hissədə daha yaxşı, intizamlı görünürdük. Ancaq oyuna nəzarəti itirən kimi rəqib üzərindəki üstünlüyümüz dərhal yox oldu. Fasiləyə qədər 2 qol vurub önə keçsək də, son nəticədə qələbə qazana bilmədik. Həlledici amil sürəti azaltmağımız oldu. Bu, qətiyyən baş verməməli idi".
Növbəti turda Uruqvay İspaniya ilə, Kabo Verde isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hər iki oyun 27 iyunda Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.