
“Qarabağ” bu gün Avstriyanın Tirol bölgəsinə təlim-məşq toplanışına yollanıb.
Fanat.Az xəbər verir ki, əsas komandanın heyətində Elvin Cəfərquliyev də yer alıb.
O, klubun sosial şəbəkə hesabındakı videoda hava limanında azarkeşlərlə şəkil çəkdirərkən görüntülənib.
Xatırladaq ki, 25 yaşlı müdafiəçi bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi. Onun yay fasiləsində başqa kluba keçəcəyi gözlənilirdi.