
"Real Madrid"in gənc ulduzu Arda Güler, komandanın yeni baş məşqçisi Joze Mourinyunun planlarında möhkəmlənmək və portuqaliyalı mütəxəssisin "gözünə girmək" üçün erkən hərəkətə keçib.
Fanat.Az İspaniyanın "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, mətbuatda bir müddət Joze Mourinyunun gələcək planlarında yer almadığı iddia edilən 21 yaşlı futbolçu bu şayiələrə son qoymaq niyyətindədir.
Türkiyəli yarımmüdafiəçi özünü həm fiziki, həm də zehni cəhətdən tam hazır göstərmək və təcrübəli mütəxəssisin ağlındakı bütün sual işarələrini silmək üçün tətil planlarını qısa tutmaq qərarına gəlib. Arda Güler, "kral klubu"nun mövsümöncesi hazırlıq düşərgəsinə ilk gündən etibarən qoşularaq Mourinyunun etimadını qazanmağa çalışacaq.