
Əlcəzair millisinin qapıçısı Luka Zidan dünya çempionatında üzləşdiyi psixoloji təzyiqlə necə mübarizə apardığından danışıb.
Fanat.Az xəbər verir ki, Argentinaya 0:3 hesablı məğlubiyyətdən sonra o, psixoloqa üz tutduğunu etiraf edib.
"Onze Mondial" əfsanəvi Zinəddin Zidanın oğlunun dediklərini belə çatdırıb: "Özümə təzyiq göstərmirəm. Axtardığım şey adrenalindir. Psixoloqla işləməyə başlamışam. Bu barədə çox şey danışmaq istəmirəm. Psixoloqa müraciət etməyim həyatımı, xüsusən də futbola münasibətimi dəyişdi. İnanıram ki, zehni sağlam olmaq bu günlərdə fiziki sağlam olmaq qədər vacibdir".
Əlcəzair 2-ci turdan sonra 3 xalla J qrupunun üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Əlcəzairin ilk turda Argentinaya 0:3 hesablı məğlub olduğu oyunda qalib komandanın bütün qollarını Lionel Messi vurub.
Mirağa