
Hazırda davam edən dünya çempionatında Fransa və İraq yığmaları arasında keçirilən matçın ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, I qrupunda baş tutan görüşdə avropalıların heyətində Kilian Mbappe oyunun ən yaxşısı adına layiq görülüb.
Hücumçu sözügedən matçda (3:0) 2 qolla yadda qalıb.
"Real Madrid"in ulduzu Seneqalla oyunda da dublla yadda qalmışdı. Hesabında 4 qol olan fransalı mundialın bombardir yarışında yalnız Lionel Messidən (5 qol) geri qalır.