
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Şotlandiya üzərində qazanılan böyükhesablı qələbəni şərh edib.
Braziliyalılar rəqibini 3:0 hesabı ilə yeniblər.
Fanat.Az xəbər verir ki, "Globo" Ançelottinin fikirlərini belə təqdim edib:
"Hazırda komanda şəklində oynayırıq - məqsədimiz budur. Mükəmməl deyilik, inkişaf üçün yer var. Topa sahib olmaq sürətimizi artırmalıyıq. Xoşbəxtəm ki, komanda inkişaf edir və bu, ardıcıldır. Pley-offda ardıcıllıq əsasdır. İlk oyunla müqayisədə daha az səhv etdik, ritm qazandıq və hücumumuz daha təsirli oldu".
Braziliya dünya çempionatının pley-off mərhələsinə birinci yerdə vəsiqə qazanıb. Beşqat çempionlar üç oyunda yeddi xal toplayıblar.
Mirağa