
Son olaraq "Sumqayıt"da çıxış edən qapıçı Mehdi Cənnətovun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Birinci Liqa təmsilçisi "Səbail" Azərbaycan millisinin üzvü heyətinə qatıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı qolkiperlə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.