
İyunun 11-də start götürən futbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün I qrupunda qrup mərhələsinə yekun vurulacaq.
Artıq 1/16 finala vəsiqəni təmin edən Fransa və Norveç qrup liderliyi uğrunda duelə çıxacaqlar. Hər iki komanda ilk iki turda qələbə qazanıb və şərikli liderdirlər.
Digər cütdə xal qazana bilməyən Seneqal ilə İraq münasibətlərinə aydınlıq gətirəcəklər. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq hər iki qarşılaşmanı İngiltərədən olan hakimlər idarə edəcəklər.
Artıq 14 komanda pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Mərakeş, Braziliya, ABŞ, Almaniya, Argentina, Fransa, Norveç, Kolumbiya, Niderland və Avstraliya yığmaları qruplarında ilk iki yeri tutaraq 1/16 finala yüksəliblər.
DÇ-2026
3-cü tur
26 iyun
I qrupu
23:00. Norveç – Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Foksboro (ABŞ). "Gillette stadium".
23:00. Seneqal - İraq
Baş hakim: Entoni Teylor (İngiltərə).
Toronto (Kanada). "BMO Field".