
Kabo-Verde milli komandası DÇ-2026-nın H qrupunda İspaniya (0:0) və Uruqvayın (2:2) ardından Səudiyyə Ərəbistanı (0:0) ilə də heç-heçə edərək 1/16 finala yüksəlib.
Fanat.Az xəbər verir ki, adalılar üç xalla ikinci yerdə qərarlaşıb.
"Opta"-nın məlumatına görə, beləliklə, Kabo-Verde 21-ci əsrdə qrup mərhələsində bir qələbə belə qazanmadan mundialın pley-off mərhələsinə yüksələn ilk komanda olub.
Sonuncu dəfə belə hadisə DÇ-1998-də baş verib. Həmin vaxt Çili öz qrupunda İtaliya (2:2), Avstriya (1:1) və Kamerun (1:1) ilə heç-heçə edərək pley-offa yüksəlib, 1/8 finalda Braziliyaya (1:4) məğlub olub.
Qeyd edək ki, Kabo-Verdenin ardından İran da G qrupunda 3 heç-heçə edib. Ancaq bu, sözügedən qrupda 3-cü olmağa kifayət edib.
1/16 final mərhələsində Kabo-Verde komandası Argentina komandası ilə qarşılaşacaq.
Mirağa