
"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Sport" yayıb.
Mənbənin məlumatına görə, o, İtaliya A Seriyasına yollanmağa yaxındır.
"Milan" 22 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaqda maraqlıdır. "Rossonerilər"in rəhbərliyi Kasadonu növbəti mövsüm üçün sonradan almaq hüququ ilə icarəyə götürməyə çalışırq.
Mark 2024-cü ilin yayından bəri "Blaugrana"da oynayır. Onun kataloniyalılarla hazırki müqaviləsi 2028-ci ilin iyun ayının sonunda bitir.
"Transfermarkt" onun dəyərini 18 milyon avro qiymətləndirirlər.
Mirağa