
PSJ yayın səs-küylü transferini reallaşdırmaq üzrədir.
Fanat.Az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Fransa klubu Fil Dişi Sahili millisinin və "Leypsiq"in oyunçusu Yann Diomandeni transfer etməyə çox yaxındır.
Mənbənin məlumatına görə, vingerə İngiltərədən "Liverpul" və bir sıra digər Premyer Liqa klubları ciddi maraq göstərsə də, o özü bu təklifləri rədd edib. Çünki onun əsas prioriteti və arzusu Parisə köçmək olub.
Futbolçu Çempionlar Liqasının son qalibi PSJ ilə müqavilə şərtlərini tam razılaşdırıb. Müqavilənin 5 illik müddətə imzalanması gözlənilir. Transfer haqqının 120 milyon avro olacağı gözlənilir.
Fil Dişi Sahili millisinin üzvü ötən mövsüm Bundesliqa klubunun heyətində 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Hazırda Jann DÇ-2026-da "fillər"in heyətində mübarizəni davam etdirir. Diomande qrup mərhələsinin bütün oyunlarında iştirak edib və komandanın pley-offa vəsiqə qazanmasına kömək edib. Fil Dişi Sahili 1/16 finalda Norveçlə qarşılaşacaq.
Mirağa