
"Spartak" azarkeşi, bloqçu və səyyah, "Ugonikontour" kanalının müəllifi Nikolay Uqodnik DÇ-2026 üçün Meksikaya üç həftəlik səfəri zamanı açılış matçına biletsiz daxilk olub.
Fanat.Az xəbər verir ki, o, stadiona necə girdiyini "Sport-Ekspress"-ə danışıb:
"Açılışdakı xaos gözlənilən idi. Başqa heç yerdə belə bir şey görməmişəm. Metro bağlı idi, avtobuslar və trolleybuslar işləmirdi. Şəhərin tıxac xəritəsinə baxsaydınız, hər yer qırmızı rəngdə idi. Bütün yol bağlı olduğundan taksi tutmaq da mümkün deyildi. Hamı metrodan istifadə edirdi. O qədər əsəbi və gərgin idim ki, büsbütün tərləmişdim.
Açılış oyununa biletsiz daxil olmağıma gəlincə, Nijni Novqoroddan olan dostum Andreyə böyük təşəkkürümü bildirirəm. O, mənə kömək etdi və bu matçın biletinin ekran görüntüsünü göndərdi. Başqası bu bileti artıq futbol matçına daxil olmaq üçün istifadə etmişdi. Onu özümlə stadiona apardım. Sonra mətbuat mərkəzinin qarşısından çıxışa doğru gedərkən, açılış mərasimində iştirak edəcək sağ tərəfdə çoxlu insanın dayandığını gördüm. Onlar əllərində böyük bir banner tutmuşdular. Sonra başa düşdüm: açılış mərasimində iştirak edən bu insanları gətirən qara gödəkçəli və ratsiyalı kişi başqa bir bannerə işarə edirdi. İki banner var idi və mən onların arasında dayandım. Telefonumdan istifadə edərək ratsiyalı kişinin hərəkətlərini təqlid etməyə başladım. Deyəsən, o, əlində bayraqla birinci sütuna rəhbərlik edirdi, mən isə ikinci bannerin yerini tənzimləməyə başladım. Könüllülərin yanından keçdim, kimsə qolumdan dartdı, amma əlimi yellədim və telefonla danışmağa davam etdim: "Vaxtım yoxdur, ciddi işlərlə məşğulam!" Yuxarı çıxdım, stadionun dolu olduğunu gördüm. Hisslərimə hakim ola bilmədim, göz yaşlarım axdı. Mən bacardım!"
DÇ-2026 Kanada, ABŞ və Meksikada keçirilir. Açılış oyunu 11 iyulda Mexikoda Meksika və Cənubi Afrika arasında baş tutub.
Mirağa