
Almaniya millisinin baş məşqçisi Julian Nagelsman dünya çempionatının 1/16 final mərhələsində üzləşəcəkləri Paraqvayla oyun ərəfəsində açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, qrup mərhələsinin son turunda Ekvadora 1:2 hesablı sürpriz məğlubiyyəti də şərh edib.
"Bild" Bundestimin baş məşqçisinin dediklərini belə çatdırıb:
"Bütün diqqət yalnız komandaya və uğura yönəlib. Komandamızda hökm sürən gözəl atmosferi meydana köçürmək istəyirik. Nəyisə sübut edəcək bir ehtiyac hiss etmirəm. Mənim işim oyunçularıma kömək etmək və onları oyunlara hazırlamaqdır. Düşünmürəm ki, özümü kiməsə sübut etməliyəm".
Xatırladaq ki, Almaniya milli komandası DÇ-2014-dən bəri ilk dəfə DÇ-nin pley-off mərhələsinə vəsiqə qazanıb.
Mirağa