
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya uduzaraq mundialı erkən tərk etdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Bulinews" agentliyi Bundestimin çalışdırıcısının fikirlərini belə təqdim edib:
"Təəssüf ki, futbolda belə hallar yaşanır. Matçın taleyi penaltilərə qalmadan həll olunmalı idi. Hücum qurarkən ləng idik. Görürük ki, bəzi komandalar sadə üsullarla da qalib gələ bilir. Qolumuzun sayılmaması sadəcə gülüncdür, amma sonda bunun kifayət etmədiyini etiraf etməlisiniz. Çox məyus oldum, çünki bizim çox mehriban komandamız var və məşqlərdən gələn təəssüratlar həmişə müsbət olub. Heç kim bilərəkdən matçlarda uduzmur. Stadiondakı bütün azarkeşlərə və oyunu evdə izləyənlərə görə təəssüflənirəm
İstefa? Mən qalıram. Almaniya Futbol Federasiyası mənim müqaviləmin sonuna qədər - 2028-ci ilə qədər qalmağımı istəyirsə, qalacağam. Əks halda, gedəcəm".
Qeyd edək ki, Almaniya - Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib. Amerikalılar 1/8 finalda Fransa-İsveç matçının qalibi ilə oynayacaq.
Mirağa