
DÇ-2026-nın 1/8 finalının ilk cütlüyü bəlli olub.
Fanat.Az xəbər verir ki, turnirin 1/4 finalına vəsiqə uğrunda Mərakeş və Kanada milli komandaları mübarizə aparacaqlar.
Görüş 4 iyulda baş tutacaq. Oyun vaxtı ilə saat 23:00-da başlayacaq.
Mərakeşlilər əsas və əlavə vaxtda 1:1 hesablı heç-heçə etdikdən sonra Niderlandı penaltilərdə yenərək növbəti mərhələyə yüksəlib. Kanada isə Cənubi Afrikanı 1:0 hesabı ilə məğlub edib.
Mərakeş və Kanada ilə yanaşı, Braziliya və Paraqvay komandaları da 1/8 final mərhələsini uğurla keçərək 1/8 finalda iştiraklarını təmin ediblər.
Xatırladaq ki, 2026-cı il Dünya Kuboku tarixdə ilk dəfə eyni anda üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin finalı 19 iyulda keçiriləcək.