
DÇ-2026-da mübarizəni 1/16 finalda dayandıran Niderland millisi mundiallar tarixinə düşüb.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, Mərakeşə (əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb) penaltilər seriyasında uduzan (2:3) "narıncılar" ardıcıl son üç DÇ-dən bir oyun belə uduzmadan kənarlaşdırılan ilk komanda olub.
Son 12 ildə Niderland nə əsas, nə də əlavə vaxtda - nə qrup mərhələsində, nə də pley-offda - heç bir matçda uduzmayıb. Onların bütün məğlubiyyətləri penaltilərdən sonra baş verib: 2014-cü il dünya çempionatının yarımfinalında Almaniya ilə (0:0, penaltilərdə 2:4) və DÇ-2022-nin 1/4 finalında Argentina ilə (penaltilərdə 2-2, 3-4).
Niderland dünya çempionatında sonuncu dəfə əsas vaxtda 2006-cı ildə 1/8 finalda Portuqaliyaya 0:1 hesabı ilə uduzub.
Mirağa