
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir 1/8 finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 1/16 final mərhələsində növbəti oyun keçirilib.
Meksika Ekvador ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada dünya çempionatının şərikli təşkilatçılarından olan meksikalılar inamlı qələbə qazanıblar.
Meksikanın növbəti rəqibi İngiltərə - Konqo DR cütünün güclüsü olacaq.
Xatırladaq ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/16 final
1 iyul
Meksika - Ekvador 2:0
Qollar: Xulian Kinyones, 22. Paul Ximenes, 31.