
DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ-nin Bosniya və Herseqovinanı məğlub etməsi (2:0) ilə ilk pley-off səddini adlayan komandaların sayı 10-a çatıb.
Fanat.Az xəbər verir ki, bununla da 1/8 finalın 8 cütlüyündən 5-i müəyyənləşib.
Paraqvay - Fransa
Kanada - Mərakeş
ABŞ - Belçika
Braziliya - Norveç
Meksika - İngiltərə.
Maraqlı məqamdır ki, dünya çempionatına ev sahibliyi edən hər üç ölkə - ABŞ, Kanada və Meksika pley-offun ilk mərhələsini uğurla keçə biliblər.
Qalan 3 cütlüyün adına İspaniya – Avstriya, Portuqaliya – Xorvatiya, İsveçrə – Əlcəzair, Avstraliya – Misir, Argentina – Kabo Verde və Kolumbiya – Qana qarşılaşmalarından sonra aydınlıq gələcək.
Xatırladaq ki, iyunun 11-də start götürən dünya çempionatı iyulun 19-da başa çatacaq.
Mirağa