
Almaniya millisinin baş məşqçisi Julian Nagelsman komandasının Paraqvayla oyunda gözlənilməz məğlubiyyətindən sonra istefa verib.
Fanat.Az xəbər verir ki, məlumatı eyni anda "Bild" və "Sky Germany" yayıb.
2028-ci ilə qədər müqaviləsi olan Nagelsman Almaniya Futbol Federasiyasının istefa ilə bağlı tələbini qəbul edib.
Hər iki mənbə federasiyanın namizədinin Yürgen Klopp olduğunu vurğulayıb. 2024-cü ildə "Liverpul"dan ayrılan Klopp hazırda "Red Bull"un qlobal futbol rəhbəridir, lakin Almaniya millisində işləməyə imkan verən sərbəst buraxılma bəndinin olduğu bildirilir.
Gedişi rəsmən təsdiqlənərsə, 38 yaşlı Nagelsman sələfi Hans-Diter Flikin 2023-cü ildə eyni aqibəti yaşamasından sonra Almaniya tarixində istefaya göndərilən ikinci milli məşqçisi olacaq.
Bostonda keçirilən oyunun 1:1 hesabı ilə başa çatmasından sonra Almaniya millisi Paraqvaya penaltilər seriyasında məğlub olub.
Dördqat dünya çempionu 2018-ci ildə Rusiyada və dörd il əvvəl Qətərdə keçirilən mundialda mübarizəni qrup mərhələsində dayandırıb.
Mirağa