
1-ci Liqa klubu "Cəbrayıl"da ayrılıq reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçisi Sadiq Hüseynli ilə vidalaşıb.
Artıq 24 yaşlı "8 nömrə"nin yeni klubu da bəllidir. O, karyerasını I Liqanın digər təmsilçisi "Baku Sportinq"də davam etdirəcək.
2002-ci il təvəllüdlü Sadiq Hüseynli "Qarabağ"ın yetirməsidir. O, MOİK, “Şamaxı”, “Dinamo” kimi klublarda da çıxış edib.
Qeyd edək ki, "Cəbrayıl" ötən mövsümü 8-ci yerdə başa vurub. İddialılardan olan "Baku Sportinq" isə 4-cü olub və Premyer Liqaya vəsiqə üçün pley-off oynayan "Mingəçevir"dən cəmi 2 xal geri qalıb.
"Cəbrayıl"a ötən mövsüm, hazırda "Araz-Naxçıvan"ın baş məşqçisi olan Cavid Hüseynov rəhbərlik edibsə, "Baku Sportinq"i çalışdıran Röyal Nəcəfov da mövsümün sonunda postunu tərk edib. Bakılıları növbəti mövsüm təcrübəli mütəxəssis Samir Ələkbərov çalışdıracaq.
Mirağa