
Fransa milli komandasının kapitanı Kilian Mbappe dünya çempionatının 1/8 final mərhələsində Paraqvaya (1:0) qol vuraraq, mundiallar tarixində hələ heç kimin reallaşdıra bilmədiyi rekorda imza atıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, superulduz üç mundialın pley-off mərhələsində üç və ya daha çox qol vuran yeganə oyunçu olub.
Kilian 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının pley-off mərhələsində üç, 2022-ci ildə Qətərdə beş və cari turnirin iki oyununda üç qol vurub.
Dünya çempionatının 1/4 finalında Fransa millisi Mərakeş seçməsi ilə qarşılaşacaq.
Mirağa