
Fransa millisinin baş məşqçisi Didye Deşam Paraqvayla qarşılaşdıqları 1/8 final mərhələsinin oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, "Lequipe" təcrübəli çalışdırıcının fikirlərini belə çatdırıb:
"Oyunda xeyli çətinlik çəkdik. Fiziki cəhətdən ağır oyun oldu. Rəqib əsasən müdafiə olunurdu. Açığı, bu görüşdə həlledici amil oyunun tempi deyil, isti hava şəraiti oldu. Bununla belə, onlar yüksək intensivlik nümayiş etdirməsələr də, müdafiədə kifayət qədər etibarlı təsir bağışladılar. Ümumiyyətlə, Cənubi Amerika təmsilçiləri ilə oynamaq həmişə çətin olur. Son iki epizoddan yararlana bilsəydik, işimiz daha rahat olardı. Rəqib müxtəlif taktiki üsullardan istifadə edirdi".
Qeyd edək ki, Fransa millisi Paraqvayı 1:0 hesabı ilə yenib. Fransızların 1/4 finaldakı rəqibi Mərakeş olacaq.
Mirağa