
Mərakeş dünya çempionatının 1/4 finalına iki dəfə yüksələn ilk Afrika komandası olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Opta" yayıb.
Mərakeş millisi növbəti mərhələdə Fransa ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda oyun 9 iyulda olacaq.
Mərakeş komandası 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlmiş, Fransa komandasına uduzmuş (0:2) və bürünc medal uğrunda görüşdə xorvatlara (1:2) məğlub olmuşdu.
Mirağa