
"Real Madrid" niderlandlı müdafiəçi Denzel Dümfrisi transfer edib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçunun "İnter"dən transferini klubun rəsmi saytı açıqlayıb.
Onunla dörd illik müqavilə imzalanıb. Mediada transfer haqqı təxminən 20 milyon avro olaraq göstərilir.
Dümfris 2021-ci ildən İtaliya klubunda çıxış edirdi. O, Milan klubunda 207 rəsmi oyunda iştirak edib, 27 qol vurub və 28 məhsuldar ötürmə edib.
Niderlandlı müdafiəçi "İnter"də olduğu müddətdə iki İtaliya çempionluğu, üç İtaliya Kuboku qazanıb və həmçinin komanda ilə Çempionlar Liqasının finalına yüksəlib.