
Yürgen Klopp artıq Almaniya milli komandasını çalışdırmağa razılıq verib.
Fanat.Az xəbər verir ki, son durum məlumatını tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, tezliklə təcrübəli mütəxəssisin təyinatı ilə bağlı rəsmi açıqlama gözlənilir. Hhazırda müqavilənin detallarını dəqiqləşdirir.
Klopp həmçinin "Liverpul"dan ayrıldıqdan sonra futbol rəhbəri vəzifəsində çalışdığı "Red Bull" ilə tərəfdaşlığına son qoymaq üçün danışıqlar aparır.
Beləliklə, Almaniya Kloppun ilk milli komandası olacaq. Onun əsas vəzifəsi komandanı AÇ-2028 və DÇ-2030-a hazırlamaq olacaq.
Hazırda davam edən DÇ-2026-da Julian Nagelsmanın məşqçisi olduğu komanda uğursuz çıxış edərək 1/16 finalda mübarizəni dayandırıb.