
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS oyununa indiyədək artıq 5000-ə yaxın bilet satılıb.
Bu barədə Fanat.Az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Xatırladaq ki, qarşılaşma iyulun 7-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
Mirağa