
"Zirə"nin futbolçusu Əkbər Eyubov karyerasını Premyer Liqada davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı müdafiəçi "İmişli"yə keçib.
Gənc mərkəz müdafiəçisi 2026-cı ilin yanvarından Azərbaycanın Birinci Liqa təmsilçisi "Mingəçevir"də çıxış edib. O, icarə müqaviləsini başa vurduqdan sonra müqavilə ilə məxsus olduğu "Zirə"yə qayıdıb. Eyyubov növbəti mövsümdə gənclərə üstünlük verəcək "İmişli" ilə 1 illik anlaşmaya imza atmağa hazırlaşır.
Xatırladaq ki, Əkbər Eyyubov 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvüdür.
Mirağa