
Cavid Hüseynovun "Cəbrayıl"ı tərk edərək "Araz-Naxçıvan"a baş məşqçi təyin olunmasından sonra I Liqa təmsilçisində "yarpaq tökümü" başlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən komandanı daha bir futbolçu tərk edib.
Söhbət yarımmüdafiəçi Firəddin Abdullayevdən gedir. 22 yaşlı futbolçunun yeni klubu da bəllidir. O, karyerasını MOİK-də davam etdirəcək.
2025-ci ilin yayından "Cəbrayıl"da çıxış edən Abdullayev son mövsümdə 25 matça çıxıb, 4 sarı vərəqə alıb.
Qeyd edək ki, "Cəbrayıl"ı son olaraq yarımmüdafiəçi Sadiq Hüseynli tərk edib.
Mirağa