
Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Marafon" daha bir diqqətçəkən transfer reallaşdırmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Sabirabad təmsilçisi Premyer Liqa təcrübəsi olan müdafiəçi Nodar Məmmədovla anlaşıb.
Ötən gün 1-ci Liqanın debütantı "Xankəndi"dən ayrılan futbolçu karyerasını yenidən 2-ci Liqada davam etdirəcək.
38 yaşlı müdafiəçi ilə 1 illik müqavilə razılaşdırılıb. "Marafon" tezliklə onun keçidini rəsmən elan edəcək.
"Marafon" Region Liqasının son finalçısıdır.
Mirağa