
Yeni mövsümə Ramiz Məmmədovun rəhbərliyi altında başlayacaq "Karvan-Yevlax"ın məşqçilərindən birinin kimliyi bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Məqsəd Yaqubəliyev yenə Məmmədovun əsas yardımçısı olacaq.
Ramiz bəy "Şamaxı" və son olaraq, "Mingəçevir"də olduğu kimi, yenə Yaqubəliyevlə birgə işləməyə üstünlük verib.
Xatırladaq ki, Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqadakı mübarizəni 2-ci pillədə tamamlayan "Migəçevir" Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.
Elitada "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan və komandanın 1-ci Liqaya yuvarlanmasının qarşısını ala bilməyən Füzuli Məmmədov isə Aran təmsilçisini "Şahdağ Qusar"a dəyişib.
Mirağa