13:14 10.07.2026 776

İspaniya statistikada öndədir - Belçika sürpriz edə biləcək?

DÇ-2026-da 1/4 final mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək.

Son Avropa çempionu İspaniya Los Anceles stadionunda Belçika ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingilis hakim Maykl Oliver idarə edəcək. VAR hakimləri isə Carred Cillett və İvan Bebekdir.

Maykl Oliver ilk dəfə dünya çempionatında İspaniya - Belçika qarşılaşmasını idarə edəcək.

Komandalar sonuncu dəfə 2016-cı ildə qarşılaşıblar. Həmin görüşdə ispanlar daha üstün olaraq David Silvanın vurduğu qollarla 2:0 qalib gəliblər.

Yığmalar 1920-ci ildən bu günə kimi 23 dəfə qarşılaşıblar. Bu görüşlərin 12-dən İspaniya qalib ayrılıb. Belçika isə yalnız 6 matçda uğurlu nəticə göstərib. Tərəflər qalan 5 matçda bərabərliyə razılaşıblar.

Sonuncu dəfə 2009-cu ildə baş tuatn dünya çempionatında qarşılaşan millilər yenidən meydandadırlar. Həmin matçda Visente del Boskenin başçılıq etdiyi "buğalar" 5:0-lıq darmadağına sevinmişdilər. Tərəflərin duellərindəki ən böyük hesablı qələbə də budur. 

Belə hesab 2 dəfə qeydə alınıb və hər ikisində ispanlar "qırmızı şeytanlar"ı məğlub etməyi bacarıblar. Komandalar arasında ən kiçik hesablı qələbədə isə Belçika yığmasının imzası var. Söhbət hazırlıq matçında qeydə alınan 1:0-dan gedir. Ən son 2016-cı ildəki hazırlıq matçında qələbə qazanan İspaniya yenidən zəfərə köklənib.

Belçikanın tarixdəki ən böyük uğuru 2018-ci ildə Rusiyada keçirilən mundilada qeydə alınıb. Həmin il sözügedən yığma 3-cü yeri tutaraq bürünc medal qazanıb.

Nəticəni bir qədər də yaxşılaşdırmağı hədəfləyən belçikalıların nəyə nail olacağını təbii ki, zaman göstərəcək. İspaniyanın isə son böyük nailiyyəti AÇ-2024-dəki çempionluqdur.

Statistik məlumatlarda ispanlar nə qədər öndə olsalar da, Belçika millisi də çox güclü görünür. Rudi Qarsiyanın çalışdırdığı kollektiv mundialdakı son matçında ABŞ-yə 4:1 hesabı ilə qalib gəlib və bir növ güc nümayiş etdirib. İspanlar isə Roberto Martinesin başçılıq etdiyi Portuqaliya üzərində Merinonun vurduğu bir qol ilə qələbə qazanıblar. Hər iki komandanın güclü hücum xətti var. Müdafiədə isə Luis de la Fuentenin yetirmələri daha üstün görünürlər. Lakin Belçikanın orta xəttindən parlaq simalar boy göstərir. Kevin De Bröyne və Yuri Tilemans bu çempionatda aktiv şəkildə iştirak etməyi bacarıblar. İspaniya millisində Pedri - Rodri ikilisi gözəl oyun nümayiş etdirirlər. 

Komandaların orta yaş həddində də fərqlər var. İspaniyada bu hədd 26, Belçika da isə 29-dur.

Qeyd edək ki, İspaniya millisi son 5 oyunun yalnız birində heç-heçə görüb. Belçikalılar isə 5 görüşdə 3 qələbə 2 bərabərliyə imza atıblar.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Sentyabr 2026
01:39

"Qalatasaray"da gözlənilməz ayrılıq

00:49

Avropa nəhənglərinin cərrahı Elvindən yazdı

02 Sentyabr 2026
23:53

Raul Asensio sərxoş halda avtomobil idarə edərkən saxlanılıb

23:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:25

"Səbail"in adı dəyişir, klub Qubanı təmsil edəcək

23:10

"Mançester Yunayted" Lyuis Holl üçün yenidən hərəkətə keçəcək

22:43

Azərbaycan millisinin matçının yeri ilə bağlı dəyişiklik edilib

22:13

Messidən sonra "10" nömrəni kim geyinəcək?

21:36

Azərbaycan millisi Qırğızıstana qarşı oyundan məğlub ayrıldı

21:13

"Məqsədimiz bəllidir - yalnız qələbə!" - "Gəncəbasar"ın qapıçısı

20:41

Rəhim Həsənov III turun mübahisəli qərarlarını dəyərləndirib

20:13

"Kəpəz"in yeni transferində agentlik rolu

19:38

Elvin Cəfərquliyevin əməliyyatı uğurla başa çatıb

19:18

"Neftçi"də daha bir ayrılıq

18:56

2-ci Liqa: "Şəmkir" büdrədi, Binədə "qol yağdı"

18:03

Amid Quluzadə: "Rəqib ilk "altılığ"a düşə bilər"

17:40

"Araz-Naxçıvan" "Qarabağ"la matça tam heyətlə hazırlaşır

17:22

"Qarabağ"ın növbəti oyuna neçə itki ilə çıxacağı bilindi

17:04

Gəncədə anşlaq olacaq - İlk gündə bu sayda bilet satıldı

16:47

Vernidub yalnız onu "Şəfa"ya qarşı oynada bilməyəcək

16:28

PSJ Sanşeşlə müqaviləni ləğv etdi - SON DURUM

16:11

"Şamaxı" ilə oyun ərəfəsində "Kəpəz"i bu məqam sevindirir

15:53

"Mançester Siti" vingerini icarəyə verdi

15:35

"Neftçi" ilə oyuna hazırlaşan "Şəfa"nın itkiləri varmı? - AÇIQLAMA

15:16

"Kəpəz"lə oyun mənim üçün prinsipial deyil" - Azər Bağırov komandasından narazıdır

14:57

"Qəbələ"nin futbolçusu "Gəncəbasar"a transfer oldu

14:38

"Çelsi"nin müdafiəçisi "Tottenhem"lə anlaşdı

14:19

"Şamaxı" "Kəpəz"lə oyuna tam səfərbər oldu

14:00

"Yuventus" yeni hücumçusunu açıqladı - RƏSMİ

13:41

Mudrik "Çelsi"dən ayrıldı, Londondan yox - FOTO

13:25

Hazırda klubsuz olan ulduz futbolçular kimlərdir?

13:06

İspaniya nəhəngi Kanada futbolunun əfsanəsinin keçidini açıqladı

12:47

"Çelsi"nin transferi baş tutmadı - SƏBƏB

12:29

Baş məşqçsiz qalan "Qəbələ"də son durum bilindi

12:11

"Şəfa"dan ayrılan yarımmüdafiəçi Azərbaycanın bu klubuna keçdi

11:53

Premyer Liqada transfer rekordu yeniləndi

11:34

6:1-in memarı: "İdeal komanda deyilik"

11:05

"Sabahın Ulduzları": "Neftçi" "Sumqayıt"ı üstələdi - Fotolar/Nəticələr

10:46

"Qalatasaray"ın yeni müdafiəçisi - RƏSMİ

10:27

"Sabah"ın ÇL üçün iştirak ərizəsi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X