17:15 10.07.2026 280

"Qarabağ"dan "Seltik"ə uzanan yol

"Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiya mətbuatının gündəmindədir. 

Fanat.Az xəbər verir ki, BBC də kolumbiyalının "Seltik"ə transferindən yazıb:

"Təsəlli qolu torun aşağı küncünü sığallayaraq qapıdan keçəndə “Nyukasl” azarkeşlərinin bir qismi Kamilo Duranın ağıllı zərbəsini alqışladı.

“Sent Ceyms Park”da meydan sahiblərinin azarkeşləri bunu rahatlıqla edə bilərdilər. Çünki onların komandası Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” üzərində ümumi hesabda 8:2 öndə idi.

Azərbaycan təmsilçisinin Avropanın ən nüfuzlu klub turnirindəki yürüşü ağır şəkildə sona çatdı. Eddi Haunun komandası rahatlıqla 1/8 finala yüksəldi. Amma “Qarabağ”ın ən parlaq futbolçusu son dəfə diqqət mərkəzinə düşməyi bacardı.

Bu, 24 yaşlı futbolçunun Çempionlar Liqasındakı beşinci qolu idi. O, daha əvvəl liqa mərhələsində “Benfika” və “Ayntraxt”a qarşı qələbələrdə də topu tora qovuşdurub. Frankfurt klubuna qarşı iki dəfə həmçinin,  “Ayaks”a  qarşı məğlub olanda da, qol atmağı bacarıb. Beləliklə, Duran turniri Vinisius Junior, Mixael Olise və sonda qalib olan Dezire Due qədər qolla yekunlaşdırdı.

Bu təsirli qol göstəricisi onun qiymətini artırıb və bildirilir ki, transfer dəyəri 5,5 milyon funta yüksəlib. Duran artıq “Seltik”in yay transfer pəncərəsindəki ilk yeni transferinə çevrilib.

Bəs ötən il “Qarabağ”ın bu məbləğin çox kiçik bir hissəsinə transfer etdiyi Duran kimdir? Şotlandiya çempionunun azarkeşləri kolumbiyalı hücumçudan nə gözləyə bilər?

Duranı çılğın, amma çevik hücumçu da adlandırmaq olar

Azərbaycana keçidindən əvvəl peşəkar karyerasını Portuqaliyanın ikinci liqasında keçirən Kamilo vətənini ilk dəfə Braziliya nəhəngi “Flamenqo” üçün tərk etmişdi.

Bu isə icarə əsasında olsa belə, Cənubi Amerikada bir çox futbolçu üçün cəlbedici fürsət sayılır. Santa Martanın çətin bölgəsində böyümüş bir gənc üçün bu imkan daha da böyük məna daşıyırdı.

Duranın “İndependyente Medellin”dəki keçmiş məşqçisi Sebastian Botero “Evening Times”a açıqlamasında belə deyib:

“O, hər kəslə dalaşmağı sevən, çılğın və nadinc uşaq idi. Amma futbol akademiyasına qoşulandan sonra həyatı dəyişdi. Ardından icarə əsasında “Flamenqo”ya göndərildi və zədə almasaydı, onu transfer edəcəkdilər”.

Bu, şübhəsiz, onun üçün geriləmə idi. Amma Duran bunun onu dayandırmasına imkan vermədi və 2022-ci ildə Avropaya yollandı.

Botero onu “İndependyente Medellin”ə yarımmüdafiəçi kimi gətirmişdi. Daha sonra Duran hücumçuya çevrildi və bu təcrübəni özü ilə birlikdə Portuqaliyaya apardı.

“Transfermarkt”ın məlumatına görə, o, 38 oyunda mərkəz hücumçusu, 25 oyunda isə solaxay olmasına rəğmən, sağ cinah vingeri kimi çıxış edib. Bundan başqa, 9 oyunda sol cinahda oynayıb və az sayda başqa mövqelərdə də meydana çıxıb.

Belə çoxfunksiyalılıq “Seltik” üçün uyğun görünür. Çünki Qlazqo klubu son mövsümlərdə klassik “9 nömrə” əvəzinə Dayzen Maedanın çevikliyindən faydalanıb.

Duran hücumçu kimi oynadığı matçlarda 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onun üzərindəki təzyiq güclü və sürətli Kamilonu daha da alovlandırırdı.

Azərbaycandakı yeganə mövsümündə o, 45 oyuna çıxıb və 25 qol töhfəsi verib - 15 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Amma bu göstəricilər rekord çempion “Qarabağ”ın ölkə çempionluğunu qoruması üçün kifayət etməyib.

Avropadakı uğurlu çıxışları təriflə qarşılansa da, ardıcıl beşinci dəfə çempion olmaq üçün komandanın üzərində təzyiq var idi. “Qarabağ” mövsümü ikinci pillədə başa vurdu və çempion “Sabah”dan 9 xal geri qaldı.

Botero əlavə edib:

“Kamilo həmişə bir qədər üsyankar olub. Buna görə də təzyiq onu əzməz əksinə, onu daha da alovlandırar.

Əgər məntiq hər şeyin onun əleyhinə olduğunu deyirsə, o, vəziyyəti öz xeyrinə çevirmək üçün əlindən gələn hər şeyi edir”.

Gücdən söz düşmüşkən, Martin O’Nil də Duranın topu saxlamaq bacarığını xüsusi vurğulamışdı. O, “Şelburn”la 1:1 hesablı yoldaşlıq oyunundan sonra Duranla anlaşmanın yaxın olduğunu ilk dəfə açıqlayanda məhz bu keyfiyyətə diqqət çəkmişdi.

Fevralda “Sent Ceyms Park”da keçirilən oyunda Duran Dan Börndən sürətlə uzaqlaşmış və digər İngiltərə millisinin üzvü Aaron Ramsdeylin qapısından topu keçirmişdi.

“Seltik” azarkeşləri ondan belə qolları daha çox görməyə ümid edəcəklər. Onlar həmçinin klubun heyətə yeni simalar qatacağını da gözləyirlər.

O’Nil Drumkondrada belə deyib:

“Baxdığımız bir neçə futbolçu var.

Ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə bəlkə də yaxın iki həftə ərzində artıq komandamızda olan çox yaxşı futbolçulara əlavə olaraq kluba həqiqətən səviyyəli oyunçular gətirəcəyik”.

“Seltik”də müəyyən yenidənqurma tələb olunur və Duran bu proses üçün ümidverici başlanğıc kimi görünür.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 Avqust 2026
11:46

"Fənərbağça" bu müdafiəçi ilə də yollarını ayırır

11:28

"Real Madrid" "Lill"in təklifini rədd etdi

11:10

"Qalatasaray" seneqallı vinger üçün transfer məbləğini artırdı - SON DURUM

10:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:30

ÇL: Pley-off mərhələsinin ilk 3 qalibi müəyyənləşir

10:09

Türkiyəli ulduzun ayağı sındı

09:48

"Sabahın Ulduzları": "Neftçi" ilə "Sabah"dan qələbə, "Qəbələ" darmadağın oldu - Fotolar/Nəticələr

09:25

"Beşiktaş" axtardığı oyunçunu İspaniyada tapdı

09:00

ÇL: "Sabah" Liqa mərhələsinə vəsiqə uğrunda son sınağa çıxır

01:25

Premyer Liqa: "Çelsi" 3 xalı 3 qolla qazandı

01:18

"Mənim üçün böyük qürur, həm də böyük məsuliyyətdir" - Elgiz Kərəmli

00:55

A Seriyası: "Roma" darmadağına sevindi

00:51

Vasile Bitlan Azərbaycan klubuna keçdi - FOTO

00:33

Super Liqa: "Kocaelispor"dan inamlı qələbə

24 Avqust 2026
23:52

Kamil karyerasını "Yuventus"da davam etdirəcək

23:09

Millimiz Rumıniya yığmasını məğlub etdi

22:47

"Leyptsiq" 21 yaşlı hücumçunu transfer edir

22:22

"Neftçi"ni mərhələdən edən Vardanyan Türkiyə yolunda

21:53

AÇ: Niderland seçməsi Portuqaliyanı məğlub edib

21:05

"Mançester Yunayted" "Arsenal"ın gənc ulduzunu istəyir

20:46

"Sabah" "Hapoel Ber-Şeva" matçına hazırlaşır: Açıq məşq keçirildi

20:23

"Vurduğum 6 qol üzərimdə təzyiq yaratmır" - Velko Simiç

20:10

Valdas Dambrauskas "Hapoel"lə matçdan əvvəl nə danışdı?

19:47

"Çelsi" "Yuventus"un ulduzuna göz dikdi

19:12

"Fənərbağça" keçmiş müdafiəçisini qaytarır

18:47

Kamran Xappayev Avropa birinciliyində bürünc medal qazanıb

18:13

"Tvente"nin bəhanəsi hazırdır: "Qarabağ" istirahət edir, biz isə..."

17:43

"Qalatasaray" Demiroviçə ilk təklifini göndərdi

17:24

"Beşiktaş" "Yuventus"un ulduzunu hədəfə aldı

17:06

"Bu, ölüm-dirim oyunudur və "Sabah"ın..."

16:48

Nsana Simon "Koper" ilə anlaşdı - RƏSMİ

16:29

"Səbail"dən ayrılan futbolçu digər 1-ci Liqa klubuna keçdi

16:11

"Fanat.Az Liqası"nda 2-ci turun qalibi həmkarımız oldu

15:53

"Tvente"ni Bakıda bu qədər niderlandlı azarkeş izləyəcək - AÇIQLAMA

15:35

"İstənilən rəqiblə görüşdə hədəfimiz yalnız qələbə olacaq" - Füzuli Məmmədov

15:16

"Neftçi"nin futbolçuları zirvədə - STATİSTİKA

14:59

AFFA milli komandalarımızın baş məşqçilərini açıqladı

14:39

Qubada üçüncü "Ulduz Cup" beynəlxalq futbol turniri başlayacaq

14:21

"Mingəçevir" son yoxlama oyununda heç-heçə etdi

14:03

"Tvente"nin Bakıya nə vaxt gələcəyi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X