
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının yarımfinalına yüksəlmələri və burada qarşılaşacaqları Fransa ilə qarşıdakı oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, "buğalar" ötən gecə Los-Ancelesdə keçirilən dörddəbir final matçında Belçikanı 2:1 hesabı ilə məğlub edib.
FIFA-nın saytı de la Fuentenin oyunsonrası fikirlərini belə çatdırıb:
"Belə bir qətiyyətli və inkişaf edən bir komandaya məşqçilik etmək mənim üçün böyük şərəfdir. Fransanı da məğlub edə biləcəyimizə inanmaq tamamilə normaldırr. Buna nail olmaq üçün çox çalışacağıq. Onları iki dəfə məğlub edə biləcək yeganə komandayıq. Bu matç iki böyük komandanın görüşü olacaq".
İspaniya 2010-cu ildən bəri ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Fransa ilə oyun 14 iyulda ABŞ-ın Dallas şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.